Sionist rejim Knessetinin bir üzvü Misir ordusunun bu ölkə prezidenti Məhəmməd Mursiyə qarşı dövlət çevrilişindən razılıq edib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İsrail Knessetinin üzvü Tsahi Hengbi dünən deyib: İsrailin mənafeyi Misirdə ölkəyə nəzarətin Amerika ilə daya yaxşı əlaqələrə və münasibətlərə malik bir quruluşun əlinə keçməsini tələb edirdi.
T.Hengbi əlavə edib: İsrail ümidvardır ki, Misirdə elə bir quruluş hakimiyyətə gəlsin ki, dini ideologiyadan uzaq olsun.
Misir prezidenti Məhəmməd Mursi bu ölkə ordusunun ona qarşı çevrilişini və onu hakimiyyətdən kənarlaşdırmasını xalq inqilabının müsadirə edilməsi kimi dəyərləndirib.