Misirdə Exvan Əl-Müslimin himayəçiləri Süveyş vilayətində aksiya keçiriblər.
Exvan Əl-Müslimin xəbər portalı məlumat verib : Misirin hərbi hökumətinin müxalifləri aksiya keçirmək qanununa etinasız yanaşaraq hökumətə qarşı və etirazçıların qırğın edilməsi eləcədə diktator Hüsni Mübarək rejiminə asılı olanların siyasət meydanına qayıtmasına etiraz olaraq Süveyşdə aksiya keçiriblər.
İskəndəriyyə vilayətinin əhalisindən ibarət minlərlə nəfər də gecə çağı aksiya keçirərək hərbi hökumətlə müxalif olduqlarını bildirib və legitimliyin bərpa edilib etirazçıları qırğın edənlərin cəzalandırılmasını tələb ediblər.
