AsyaDünyaFələstinXƏBƏRLƏR

İsrail rejiminin irqçiliyə əsaslanan qanunlarına görə fələstinli əsirlərə İşgəncə etmək qanunidir

Fələstinin “Əl-Mizan” insan haqları mərkəzi sionist rejimin irqçiliyə əsaslanan qanunlarına görə fələstinli əsirlərin işgəncə edilməsinin qanuni olduğunu bildirib.

Fələstinin Vəfa xəbər agentliyinin məlumatına görə, Əl-Mizan insan haqları mərkəzi bir bəyanat yayaraq, bildirib ki, sionist rejimin irqçiliyə əsaslanan qanunlarına görə, fələstinli əsirlərin istintaqı zamanı onların ruhi və fiziki baxımdan işgəncələrə məruz edilməsi halları qeydə alınmır və bu rejimin müstəntiqləri istintaqı istədikləri formada aparmaq icazəsinə malikdirlər.

Əl-Mizan insan haqları mərkəzinin yaydığı bəyanatda həmçinin bildirilir ki, sionist rejim qanunlarına görə israilli müttəhimlərin istintaqı zamanı istintaq prosesi tam formada qeydə alınmalı və onlara qarşı istənilən formada hörmətsizliyə yol verilməməlidir. Sionist rejim işgəncədən istifadəni qanuniləşdirmiş az saylı rejimlərdəndir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu