AzərbaycanXƏBƏRLƏR

İsrail səfirliyi jurnalistə işgəncə verməyi inkar edir

Azadxeber saytının həbsdə olan islamçı baş redaktoru Nicat Əliyev verdiyi məhkəmə ifadəsində tutulan zaman Yasamal Rayon Polis İdarəsindən əlavə sionist rejim İsrailin Bakıdakı səfirliyinə də aparılıb ordada da işgəncəyə məruz qaldığını İsrail səfirliyi rədd edib!!

Sionist rejimin Bakıdakı səfirliyi iddia edib ki, Nicat Əliyevin irəli sürdüyü ittihamlar tamamilə əsassızdır!

Sionist rejimin nümayəndəliyi bu skandaldan xilas olmaq üçün əlavə edib : “İsrail səfirliyinin bu məsələyə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Nicat Əliyev ötən il mayın 20-də tutulub. Jurnalist guyaki qanunsuz olaraq narkotik vasitə saxlamada; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada; bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunub.

Vəkil Anar Qasımlı bildirib ki, Nicat Əliyev maşınla səfirliyin binasına aparıldığını və orada işgəncə olduğunu deyib: “Səfirlikdən çıxan bir nəfər “Bin Laden budurmu?” deyə Nicata rişxənd edib və onu döyüb. Bundan sonra Nicatı polis idarəsinə qaytarıblar”.

Vəkil bildirib ki, həmin adam azərbaycanca danışıb: “Amma Nicat onun azərbaycanlı, ya başqa millətdən olmasını müəyyən edə bilməyib”.

Qeyd etmək lazımdir ki, sionist rejim İsrailin Azərbaycan Respublikasında xərçəngvari nüfuzunun artması son illərdə ciddi fəsadlar törədir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu