
ÜMUMİ
İslamçıların kassasiya şikayəti təmin edilmədi
Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində Azərbaycan İslam Partiyasının məhbus sədri Möhsün Səmədov və onunla birlikdə həbs edilən digər islam və hicab müdafiəçilərinin ilkin məhkəmə instansiyalarından kassasiya şikayətinə baxılıb.
Məhkəmə prosesində vəkillərin qanuni tələbinə və ərizəsinin olmasına baxmayaraq, məhkumların iştirakı təmin edilməyib. Beləliklə Ali Məhkəmə də bundan öncəki instansiyaların qərarını qüvvədə saxlayıb.
