İsveçin paytaxtı Stokholmun cənubunda yerləşən Fitiya məscidi İsveç tarixində cümə günü azanın minarələrindən səsləndiyi ilk məsciddir.
İsveç İslam Mədəniyyəti Assambleyasının rəhbəri İsmayıl Uqur deyib: Cümə günü biz müsəlmanlar üçün çox önəmli gündür. Cari ilin yanvar ayında İslam Mədəniyyət Assambleyası Şəhər Şurasına azanın yayımı qadağasını ləğv etməsi ilə əlaqədar şikayət ərizəsi təqdim etdi. Şəhər Şurası onunla razılaşaraq bildirib ki, müsəlmanlar azanı Şəhər Came məscidinin minarələrindən yayımlaya bilərlər.
Azanın səsgücləndiriciləri vasitəsi ilə yayımlanmasına icazə verən Stokholm polisi müsəlmanlara icazə verir ki, azanın səsi bu məscidin minarəsindən yayımlansın.
2007-ci ildə inşa olunmuş Fitiya məscidinin təxminən 7 min namaz qılanı vardır və İsveçdə azanın yayımı qadağasının ləğvinə dair ilk şikayət ərizəsi təqdim edən və İsveç rəsmilərinin icazəsini alan ilk məsciddir.
Bu məlumata görə İsveçdə təxminən 200 məscid vardır.