İsveçin xarici işlər naziri İrana daxil olub.
İran xarici işlər nazirinin Avropa və Amerika əlaqələri üzrə müavini Məcid Təxtrəvançi İRNA ilə müsahibədə söyləyib: İsveçin xarici işlər naziri Karl Bildt Tehrana daxil olaraq dərhal tarixi İsfahan şəhərinə getmişdir.
Rəvançi əlavə edib : Karl Billetin bu 3 günlük səfəri 13 il bundan əvvəl İsveçin o zamankı xarici işlər nazirinin son dəfə olaraq İrana səfər etməsindən sonra olmuşdur.
13 il bundan əvvəl İsveçin o zamankı xarici işlər naziri Anna Lindh Tehrana səfər etmişdir.
İsveçin xarici işlər naziri İrana səfərinin ilk günündə rəsmi proqramından kənar İsfahana səfər edib və sabah Tehrana qayıdacaq.
O iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşüb,qarşılıqlı münasibətlər barədə fikir mübadiləsi aparacaq.

