İtaliya senatının xarici siyasət komissiyasının sədri Senator Piyer Ferdinando Kazininin başçılığı ilə bu gün İtaliya parlament heyəti, İrandan rəsmi görüş keçirmək üçün Tehrana daxil olur.
İran İslam Şurası Məclisinin xarici siyasət və Milli Təhülkəsizlik komissiyasının sədri Əlaəddin Brucerdinin dəvəti əsasında və iki ölkənin parlamentlərarası əməkdaşlıqlarının genişləndirilməsi məqsədi ilə İrana səfər edən bu heyət, ölkənin yüksəkrütbəli rəsmiləri ilə görüşüb danışıqlar aparacaqdır.
Kazinini bu səfərdə, İtaliya parlament nümayəndələri, o cümlədən ölkə senatının xarici siyasət üzrə komissiyasının sədr müavinidə müşayiət edir.
İran İslam Respublikasının İtaliyadakı səlahiyyətli səfiri Cəhanbəxş Mozəffəri İtaliyalı heyətin İran səfəri ərəfəsində bu heyətin İrana edəcəyi səfərinin xüsusi önəm daşıdığını və İtaliya rəsmilərinin konstruktiv mövqelərini bildirərək vurğulayıb ki, bu səfər Tehran –Roma arasında ikitərəfli münasibətlərin daha da güclənməsinə və parlamentlərarası əlaqələrin bərpa edilməsi istiqamətində olsun.
Həmin halda İran İslam Şurası Məclisində İran-İtaliya parlament dostluq qrupunun sədri Cavad Herəvi açıqlamasında bildirib ki, İtaliya heyəti Tehranda müxtəlif və ikitərəfli münasibətlər, regional məsələlər və siyasi –iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparamaq üçün İran İslam Şurası Məclisinin xarici siyasət və Milli Təülkəsizlik komissiyasının üzvləri ilə göüşüb fikir mübadiləsi aparacaqlar.