İtaliyanın baş naziri BMT Baş Assambleyasının Sessiyası kənarında bu təşkilatın baş qərargahında İran prezidenti ilə görüşüb, müzakirə aparıb.
Bu görüşdə Höccətülislamvəlmüslimin Həsən Ruhani İranla İtaliya arasındakı qədim və davamlı əlaqələrə işarə edərək, iqtisadi, mədəni, elmi , universitet və turizm sahələrindəki ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid etdi.
Tehran-Roma əlaqələrinin yaxşılaşdırılmasının yüksək templə davam etməsi zərurətinə təkid edən İran prezidenti sonra deyib: İran İtaliya üçün davamlı enerji təminində maraqlıdır və bu əsasda ikitərəfli əlaqələri genişləndirmək olar. Səhər kanalının internet saytının məlumatına görə,Bu görüşdə İtaliyanın baş naziri də ölkəsinin İranla əlaqə körpüsü olduğuna inandığını bildirərək, deyib: 2016-cı ildə İtaliya Avropa Birliyinin dövri sədri olacaqdır və bu dövrdə İranla ikitərəfli əlaqələrin daha artıq genişləndirilməsi və gücləndirilməsi uğrunda çalışacaqdır.
İtaliyanın yanlış düşüncələrin aradan qaldırılması üçün 5+1 Qrupunun İranla müzakirələrini himayə etdiyini bildirən Enriko Leta sonra deyib: Avropa Birliyi sizə etimad edir və sizin üçün güvənilən şərik olmaq istəyirik.