İranın İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə müşaviri 2014-cü ilin yanvar ayında İranla İtaliya arasındakı əməkdaşlıqların genişləndirilməsi məqsədi ilə İtaliyanın parlament heyətinin Tehrana səfər edəcəyindən xəbər verdi.
Hüseyn Şeyxulislam sonra deyib: İtaliyanın parlament heyətinin İrana səfəri İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Burucerdinin dəvəti ilə həyata keçirilir.
Hüseyn Şeyxulislam deyib: İtaliya senatının xarici siyasət komissiyasının sədrliyi ilə İtaliyanın parlament heyəti Tehran səfəri zamanı İranın yüksək səviyyəli rəsmiləri və məsul şəxsləri ilə mühüm regional və beynəlxalq məsələlər habelə Tehran-Roma əlaqələrinin genişləndirilməsi haqda müzakirə aparacaqdır.