DünyaXƏBƏRLƏR

Möhsün Səmədov beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov Misirdə hərbi xuntanın xalqa qarşı törətdiyi qətliamla bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir:

“Biz Allahın həqir bəndələri kimi Misirin məzlum müsəlman xalqının başına gətirilən vəhşi qətliama etiraz edirik.

Bütün beynəlxalq təşkilatları, o cümlədən İslam Əməkdaşlıq Təşkilatını, insan haqlarının müdafiəsi institutlarını və dünyanın bütün ictimaiyyətini Misirdə baş verənlərə təsirli reasiksiya vermələrinə çağırırıq.

İslam Əməkdaşlıq Təşkilatı simasında bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, bəşəriyyətdə az tapılan bu vəhşi cinayətlərin qarşısının alınması üçün çalışsınlar və Misir xalqının haqlı istəyi olan Mursi hakimiyyətinin geri qaytarılmasına nail olsunlar, xalqın konstitusiya haqqını təmin etsinlər, qəsbkar xunta hökümətinin cinayətlərinə son qoysunlar və vətəndaş qırğınının qarşısının alınmasında əllərindən gələni etsinlər.
Bu işin arxasında ABŞ və sionizm olmaqla böyük istismarçı qüvvələrin marağının durduğu şəksizdir.
Biz də bir müsəlman ümməti olaraq, bu zülmə və istismara “YOX” deyirik”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu