“İxtilaf salmaq və məzhəb təəsüblərini qıcıqlandırmaq düzgün hərəkət deyil”

Hər iki dünyanın seçilmiş xanımı Həzrət Siddiqə-Kübra Fatimə-Zəhra (s.ə) və onun ləyaqətli övladlarından olan İmam Xomeyninin (r.ə) mübarək viladətləri günü İmam Xomeyni (r.ə) Hüseyniyyəsi Əhli-Beyt aşıqlərinin möhtəşəm iştirakının şahidi olub.

Əhli-Beyt şair və zakirlərinin iştirak etdiyi bu mərasimdə İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullahülüzma Xamenei etdiyi çıxışında Həzrət Fatimə-Zəhranın (s.ə) və Həzrət İmam Xomeyninin (r.ə) viladətinin ildönümü günü münasibəti ilə təbrik edərək mədhiyyəçiliyi xalqda qayğı, ümid hissi yaratmaq və mərifətini artırmaqdakı sənət metodu olduğunu bildiriblər.

O həzrət xatırladıblar: Məddah tərəfindən şer və çıxış metodunun seçilməsi mərifətin artırılması və xalqın hidayətini dərinləşdirmək və insanların din və həyat yolu barədə biliklərini əhatə etməlidir.

İslam İnqilabının Böyük Rəhbəri bir qəsidə və qəzəlin düz icra edilməsinin dini maarifin köçürülməsindəki dərin roluna toxunaraq bildiriblər: Bu imkandan düzgün faydalanmaq lazımdır. Dərin məzmuna malik olmayan yaxud zəif olan ya da səhv olan şerlər seçmək, qeyri-münasib və şəriət hüdudlarından kənar icra etməklə bu böyük imkanı itirmək olmaz.

İslam İnqilabının Böyük Rəhbəri Allahın bəxş etdiyi şer yaradıcılığından, məddahlıq qabiliyyətindən ixtilaf salmaq və məzhəb təəssübkeşliyini qıcıqlandırmaq üçün istifadə məsələsinə də münasibət bildirərək bunun şer və məddahlıq fürsətini itirməyin bariz nümunəsi olduğunu vurğulayıblar.

Bu görüşün başlanğıcında bir neçə Əhli-Beyt məddahları Böyük İslam Peyğəmbərinin (s.ə) əziz qızı Həzrət Fatimə-Zəhranın (s.ə) əzəməti və şənində şerlər söyləyiblər.

↑
Mobil sürümden çık