jurnalist Natiq Güləhmədoğlu bildirib ki, qohumlarının həbsi ilə ona qarşı başlanılan təzyiqlərə əyilməyəck.
Sabirabad sakinləri journalist Natiq Güləhmədoğlunun qohumları narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılıb. Bunu Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyev bildirib.
Fakta görə fevralın 27-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Natiq Güləhmədoğlu “Yeni Müsavat”a bildirdi ki, hökumətdən bundan da betər pislik gözləyirdi.
Natiq Güləhmədoğlu deyib : “Qardaşıma narkotik ittihamı verilmədi. Dayım oğluna veriblər. İndi araşdırma gedir. Görünür, səs – küydən sonra bir qədər geri çəkildilər. Ancaq dayım oğlunun həbsini maksimum diqqətdə saxlayacağam. Bundan da pis gözləntilərim var idi. Ancaq belə təzyiqlər məni yolumdan döndərə bilməyəcək”.
Natiq Güləhmədoğlu son vaxtlarda Azərbaycan Respublikası vətəndaşlarının İranda müalicə olunması ilə də bağlı müsbət fikirləri ehtiva edən təqdirə layiq məqalələr dərc etmişdir.
Jurnalist Natiq Güləhmədoğlu təzyiqlərə əyilməyəck deyir
