Jurnalist Pərviz Həşimlidən zorla ifadə almağa çalışıblar

Azərbaycan Respublikasında prezident seçkisi ərəfəsində həbs olunmuş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlininməhkəməsində yeni faktlar açıqlanır.

Jurnalist martın 4-də keçirilən məhkəməsində ona qarşı mənəvi təzyiqlərdən danışıb. P.Həşimlinin sözlərinə görə, istintaqçılar israrla ondan Əli Nağıyev və Cavid Qurbanovun əleyhinə ifadə almağa çalışıblar: “Mənə deyirdilər ki, bu adamların müxalifətə çatdırmağın üçün sənə pul verdiklərini deməlisən. Mən isə bildirirdim ki, belə bir şey olmayıb və mən bunu deməyəcəm”.
“Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda ittiham edib. Hər iki şəxs MTN-in istintaq təcridxanasında saxlanır. İttihamı rədd edən hüquq müdafiəçiləri həbsi seçki prossesi ilə bağlı bilirlər.

↑
Exit mobile version