Prezident Məhəmməd Mursinin kənarlaşdırılması məqsədilə paytaxt Qahirə daxil olmaqla Misirin müxtəlif şəhərlərində etiraz aksiyaları və toplanışları silsiləsində iştirak edən bu ölkə xalqından yüz minlərlə nəfər “Müsəlman qardaşları” ilə müxalifətdə şüarlar verib, qırmızı kart göstərməklə Mursinin prezident sarayından çıxarılmasını fəryad edib.
Qahirədə və Misirin bir çox digər mühüm şəhərlərində aksiyalar keçirən aksiyaçılar “Mursi getməlidir!”, “Xalq quruluşun devrilməsini istəyir!”, “Mursi, yuxudan dur, bu, sonuncu gündür!” kimi şüarlar səsləndiriblər.
Misirli etirazçılar “Müsəlman qardaşları”nın Qahirənin Əl-Məqtəm məntəqəsində yerləşən baş qərargahına hücum edərək, oranı tam şəkildə yandırıblar. Etirazçılar alovlanan bombalarla həmin qərargaha hücum ediblər.
Əl-Aləm telekanalı media mənbələrinə istinadlı məlumatında xəbər verib ki, Asyut şəhərindəki toqquşmalarda həlak olanların sayı beş nəfərə çatıb.
Belə bir halda, Misirin səhiyyə naziri bildirib ki, bu ölkənin yeddi vilayətində Məhəmməd Mursinin müxalifləri ilə tərəfdarları arasındakı qanlı toqquşmalarda indiyədək yüz yetmiş dörd nəfərdən yuxarı insan yaralanıb.
Əl-Məyadin telekanalı öz müxbirinə istinadlı bir xəbərdə bildirib ki, Misirin təhlükəsizlik qüvvələri müxtəlif silahlara malik olan iyirmi altı nəfəri həbs ediblər. Belə bir halda, Misirin ordu qüvvələri dövlət orqanları və maliyyələrini qoruyurlar.
Rusiya Əl-Youm-un məlumatına görə, Məhəmməd Mursinin müxalifləri Misir prezident sarayının qarşısında aksiya keçirərək, prezident sarayına hücum edib və alovlanan maddələr tullamaqla onun əsas qapısını yandırıblar.
