AsyaDünyaİranXƏBƏRLƏR

Nüvə müzakirələrində zaman İranın xeyri istiqamətində işləyir

İranın keçmiş nüvə müzakirəçisi təkidlə bildirib ki, İran ilə 5+1 qrupu arasında aparılan müzakirələrdə zaman İranın xeyri istiqamətində işləyir.

İranın nüvə müzakirəçi heyətinin sabiq üzvü Sirus Nasiri ötən gün (bazar 18 may) Etimad qəzetinə veridiyi müsahibədə deyib: İranın nüvə müzakirəçi heyəti, yekun razılaşmada İran İslam Respublikasının mənafeyinin təmin edilməsinə əmin olmaq üçün yüksək diqqətlə müzakirə çərçivələri və öz mövqelərini müəyyənləşdirməkdədir.

İranın keçmiş nüvə müzakirəçisi deyib: İran ilə 5+1 qrupunun arasında aparılan müzakirənin təbiəti belədir ki, yekun anlaşmalar son mərhələdə əldə edilir.

Sirus Nasiri açıqlayıb ki, ABŞ və qərb ölkələri, müzakirələri əngəlləyib yekun anlaşmanın əldə edilməsinə maneəçilik törədərlərsə, əsas uduzan tərəf olacaqlar.

İranın nüvmə müzakirəçi qrupunun sabiq üzvü həmçinin deyib: Müzakirələrin önəmli hissəsi İran ilə MAQATE arasındakı münasibətlər və əlaqələrin keyfiyyəti və səviyyəsinin təyinindən ibarətdir.

İran ilə 5+1 qrupu arasında dördüncü dövr müzakirələr ötən çərşənbə günündən Avstriya paytaxtı Vyanada başlayıb, cümə günü axşam saatlarındadək davam edib.

Bu dövr müzakirələrdə yekun anlaşmanın ilk mətninin yazılması üzrə hazırlıq işləri görünməli idi lakin bəzi fikir ayrılıqlarına əsasən, ilk anlaşmanın mətni də yazılmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu