İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və nümayəndəsi Yaxın şərqdə atom silahları olmayan regionun yaradılması üçün beynəlxalq səylərin artırılmasını istəyib.
Rza Nəcəfi Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmamasına dair Sazişə baxış üzrə konfransa hazırlıq komitəsinin 3-cü iclasında deyib: Atom silahı olmayan Yaxın Şərqin Yaradılması üzrə layihə 1974-cü ildə İran tərəfindən irəli sürüldü və tərksilah barəsində Baş Assambleyanın ilk iclası da bu layihənin gerçəkləşməsinin vacibliyini ciddi şəkildə vurğuladı.
“BMT-yə üzv ölkələrin hamısının səs çoxluğu ilə Baş Assambleyada atom tərksilahı barəsində illik qətnamənin təsdiqlənməsi bu bölgənin yaradılmasına təsirli dəstəyin olduğunu göstərir” –deyə Nəcəfi əlavə edib.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi atom silahı olmayan regionun yaradılması sahəsində konfransın keçirilməsinə dair baxış konfransının qərarına toxunaraq bildirib: Bu konfrans yalnız sionist rejimin iştirak etməkdən çəkinməsinə görə keçirilmədi və bu konfransın keçirilməsi üçün səylər artırılmalıdır.
Nüvə Silahlarının Yayılmamasına dair Sazişə baxış üzrə konfransa hazırlıq komitəsinin 3-cü iclası bu sazişə üzv 190-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə 28 apreldə işinə başlayıb və 9 maya qədər davam edəcək.
Gələn ildə keçiriləcək bu sazişə baxış konfransı ilə əlaqədar lazımi addımlar araşdırılmalı və onun tövsiyələri konfransa təqdim olunmalıdır.
