Kabil hava limanında ABŞ hərbi bazasına hücum olunub

Bu gün Kabildə yaraqlılar hərbi bazaya və ABŞ-ın Kabildəki səfirliyinə hücum edib. Nəticədə 7 nəfər öldürülüb.

Əfqanıstan polisi bu gün bildirib ki, Kabil hava limanına hücum sona çatıb və toqquşmalarda yaraqlılardan 7 nəfər öldürülüb.

Taliban qruplaşması Kabil hava limanı yaxınlığında bir bölgəyə hücumun məsuliyyətini üzərinə götürüb və bildirib ki, məqsədi Kabil hərbi bazası olub.

↑
Mobil sürümden çık