Kabilin cənubunda taliblərdən 11 nəfəri həlak olub

 Kabilin cənubunda Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə Taliban qruplaşmasının üzvlərindən bir qrupunun arasında qarşıdurma baş verib , hadisədə taliblərdn 11 nəfəri o cümlədən taliblərin Usamə adlı Mola Nəcibə məşhur baş sərkərdəsi həlak olub.

BBC-nin məlumatına əsasən , Kabilin cənubunda Vərdək vilayətinin sözçüsü Əttaullah Xugiyani qeyd edib: Nərx , Cəqtu və Seyidabad şəhərlərində taliblərdən bir qrupu ilə Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma taliblərdən 11 nəfərinin o cümlədən taliblərin Usamə adlı Mola Nəcibə məşhur baş sərkərdəsinin ölümü ilə nəticələnib.

Xugiyaninin sözlərinə görə , bu əməliyyatda taliblərdən iki nəfəri həbs olunub , həmçinin əfqan bir əsgər və iki mülki həlak olub , daha üç nəfər də yaralanıb.

Daxil olan məlumata əsasən, taliblərdən külli miqdarda , silah –sursat aşkarlanıb.

Taliban qruplaşması bu saata qədər bu xəbəri nə təsdiqləyib  , nədəki rədd etməyib.

↑
Mobil sürümden çık