İranXƏBƏRLƏR

İran, ABŞ-ın Tehranla bağlı qeyri-məntiqli addımlarına reaksiya verib

İran İslam Respublikası xarici işlər nazirliyinin mətbuat katibi ABŞ-ın dövlət departamenti və xəzinəçilik nazirliyini Tehrana qarşı yeni sanksiyaların tətbiq olunmasına görə tənqid edib.

Mərziyə Əfxəm cümə günü ( 13 dekabr) bəyan edib : Amerika rəsmilərinin fikirləri və strategiyasında ciddi çaş-başlığı tam özünü göstərməkdədir.
Əfxəm xatırladıb : ABŞ-ın dövlət rəsmiləri zahirdə bu ölkənin qanunvericilik bölmələrinin İrana qarşı yeni sanksiyalar qəbul etməkdən imtina etmələrinə haqq qazandırmaqdadırlar.
Əfxəmin sözlərinə görə onların bu addımı İranla 6-lıq qrupu arasında imzalanmış Cenevrə razılaşmasın çərçivəsinə rəğmən atılır.
İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi əlavə olaraq deyib: Amerikanın dövlət departamenti və xəzinəçiliyi qeyri-konstruktiv bir addımlar və qabaqkı uğursuz strategiyalar çərçivəsində yenidən səmərəsiz və təkrara əsaslanan bir əmələ əl atıblar və beləliklə İran və xarici şirkətlərdən bir qrupunun adını sanksiyalar siyahısına salıblar.
Əfxəm habelə Amerika dövlətinin daxilində və ondan kənarda min bir qrupun Cenevrə razılaşmasını zərərsizləşdirməyə cəhd etməsinə işarə edərək deyib: Bu dardüşüncəli və bədxah şəxslər belə təsəvvür edirlərki, sanksiyalar və razılığa gəlməmə məsələsinin qəti həll yoludur.
İİR-nın bu rəsmi nümayəndəsi bir daha Tehranın sülhməramlı nüvə fəaliyyətləri barədə müzakirəçi tərəflərin məntiqli nigaranlıqlarının aradan qaldırılmasına kömək etməkdə əzmkar olmasına işarə edərək deyib: ABŞ-ın Tehranla bağlı yeni addımları həm qeyri-konstruktiv həmdə , Cenevrə razılaşması maddələri çərçivəsindən kənar olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu