
Birləşmiş Ştatlarda, Kaliforniya Ştatının Orenc şəhərində baş verən bir neçə silahlı insident zamanı bir neçə nəfər ölüb və yaralanıb.
Bu məlumata görə, Orenc şəhər polisinin rəisi deyib: Baş verən silahlı insidentlər 6 müxtəlif səhnədə baş verib.
Onun dediyinə görə, polis hadisə yerində hazır olduğu zaman qatilin 3 nəfəri öldürdüyü, 2 nəfəri isə yaraladığı aydın olub.
Polis rəisinin dediyinə görə sonda qatil özünü də güllələyərək, öldürüb.
Sindi Hok ibtidai məktəbində baş vermiş qanlı silahlı insidentin ardınca ötən bir neçə ayda Amerikada silahla törədilən qətllər məsələsi ictimaiyyəti ciddi narahat etməyə başlayıb.
Sindi Hok ibtidai məktəbində baş vermiş hadisə zamanı 20-si uşaq olmaqla 30 nəfər qətlə yetirilmişdi.