DünyaXƏBƏRLƏR

Taleh Bağırova qarşı dövlət çevrilişi ittihamı irəli sürülə bilər

Bu barədə vəkil Anar Qasımlı dünən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında Hacı T.Bağırov ilə görüşündən sonra Turan-a bildirib.

Yenicə vahid xütbə siystemini tənqid etdiyinə görə həbs olunmuş mübariz ruhani, ilahiyyatçı Taleh Bağırova qarşı dövlət çevrilişinə cəhd və milli, irqi, dini ayrı-seçkiliyə çağırışla bağlı yeni əsassız ittihamlar irəli sürülə bilər.
Bu barədə vəkil Anar Qasımlı dünən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında Hacı T.Bağırov ilə görüşündən sonra Turan-a bildirib.
A.Qasımlının sözlərinə görə, artıq narkotik maddə ittihamı bir kənarda qalıb, yüksək vəzifəli şəxslər onunla görüşüb xütbəsi ilə bağlı söhbətlər aparırlar.

Vəkil vurğulayıb : “Bundan öncə hakimiyyəti sərt tənqid edən dindarlarla aparılan istintaq işlərinə əsaslanaraq T.Bağırova qarşı da yeni ittihamların irəli sürüləcəyini güman edirik.”

Vəkil deyib ki, istintaqda Hacı T. Bağırova deyilib ki, onun adamları Bakı Şəhər İcra Hakimiyyətinin binasını yandırmağa cəhd edib, həmçinin Zeynəb Xanlarovanın və bir nazir müavininin Nardarandakı bağ evini yandırıblar!!
İstintaq bu hadisələrlə bağlı Hacı T. Bağırovun üzünə duracaq şahidlərin olduğunu da onun nəzərinə çatdırıb.
“Hacı T. Bağırov isə dinc yolla mübarizə apardığını istintaqın diqqətinə çatdırıb: “Mənim dinc mübarizəm yalnız hicab azadlığı ilə məhdudlaşmır, ümumilikdə insan haqlarının bərpasını əhatə edir”.

A. Qasımlı Hacı T.Bağırov Sabunçu Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib.
Mübariz ruhaninin qollarını, ayaqlarını, gözünü və ağzını skoçla bağlayıb yerə yıxıb döyüb və tələb ediblər ki, narkotik maddə ilə bağlı ittihama qol çəksin. Hacı Tale Bağırov işgəncələrə baxmayaraq qol çəkməyib.

Hacı Tale Bağırov martın 31-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (qanunsuz 1,026 qr. heroin saxlamaq) ittiham olunur.

Hacı Tale Bağırov Azərbaycan Iqtisad Universitetini bitirib. Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin mayına qədər isə Iraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

O, martın 24-də məsciddə xütbəsində iqtidarı sərt tənqid edib. T.Bağırov çıxışı sosial şəbəkələrdə yayılıb. Bu çıxışdan sonra o həbs edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu