Kanada xarici işlər naziri John Baird, vəzifəsindən istefa etdiyini açıqladı.
Kanada Federal Parlamentinin səhər iclasında çıxış edən John Baird, 20 illik siyasət həyatının yarısının Ontario əyaləti rəhbərliyində, yarısının da federal hökumətdə keçdiyini söylədi.
Baş nazir Stephen Harper, kabinet yoldaşları və parlament üzvlərinə təşəkkür edən Baird, yaxında deputatlığından də istefa edəcəyini ifadə etdi.
Hökumətə yaxın qaynaqlar, 45 yaşındakı Bairdin xüsusi sektordan aldığı təklifi dəyərləndirəcəyini irəli sürür.
Bairdin boşalan xarici işlər nazirliyi üçün ən qüvvətli namizəd olaraq Beynəlxalq Ticarət naziri Ed Fast’in adı keçir.