Livanın Əl-Əhd Xəbər Portalının verdiyi məlumata görə Şeyx Əli Salman deyib: Ali-Xəlifə rejiminin dinc aksiya iştirakçılarına qarşı təzyiqlərinin şiddətlənməsinə görə bu rejimlə müxaliflər arasındakı danışıqların həyata keçirilməsinə heç bir ümid yoxdur və etirazçı qruplar mövcud vəziyyətin dəyişməməsi zamana qədər müzakirələrdə iştirak etməyəcəklər.
Bəhreyn 2011-ci milad iliyinin fevral ayından azadlıq və xalqın seçdiyi bir hökumətin hakimiyyətə gəlməsi tələbi ilə dinc xalq etiraz aksiyalarının şahididir ki, bu etiraz aksiyaları Bəhreyn rejiminin Ali-Səud rejimi ilə əlbir olması ilə kəskin repressiyalara məruz edilibdir.
Bəhreyndə xalq qiyamının başlanmasından bəri təqribən 160 nəfər dünyasını dəyişib, minlərlə nəfər isə yaralanıb, həbs edilib yada ki, işdən çıxarılıblar.