AsyaDünyaTürkiyəXƏBƏRLƏR

Oğlu Suriyaya döyüşməyə gedən azərbaycanlı ata Türkiyə hökumətini günahlandırır

Övladları Suriyadakı döyüşlərə qatılan valideyinlər bu məsələdə Azərbaycanın Hüquq Mühafiəz Orqanları ilə yanaşı həm də Türkiyə hökumətini günahlandırır.

Oğlunu Suriya müharibəsinin cəngindən çıxarmağa çalışan ata Hikmət Quliyev iddia edir ki, əgər Türkiyə hökuməti sərhədlərini qorumuş olsaydı azərbaycanlılar da bu sərhədi asanlıqla aşa bilməzdilər.
Bu faktları sadalayan valideyn isə tək Hikmət Quliyev deyil. ANS telekanalının aparıcısı Qənirə Ataşova Qənirə Ataşova da bu sərhəddi maneəsiz keçib.
Suriyaya gedən jurnalist, ANS telekanalının aparıcısı Qənirə Ataşova deyir: “Biz sərhədi keçəndə orda yalniz türk sərhədçiləri ilə rastlaşdiq. Pasportumuza baxdılar və sərhədi rahatlıqla keçməyimizə şərait yaratdılar. Amma dedilər ki, siz tutulsanız biz sizi görməmişik. Amma hansısa sənədimizin qediyyatı aparılsın filan bu baş vermədi”.
Türkiyə sərhəddinin mühafizə olunmadığını bu şəkillər də sübut edir. Faktlar isə onu göstərir ki, Turkiyə hökuməti sərhəd siyasətində, Suriya müxalifətinin xeyrinə addım atır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu