DünyaXƏBƏRLƏR

BBC-də əxlaqsızlıq qalmaqalı davam edir

BBC-nin tanınmış jurnalistlərindən Cimi Savelin əxlaqsız hərəkətləri ilə bağlı qalmaqalın ardınca bu telekanalın işçiləri tərəfindən cinsi zorakılıqlar barədə daxil olan şikayətlərin sayı artmağa başlayıb.

Deyli Teleqrafın yazdığına görə, bu işlə əlaqədar ittiham edilən şəxslərin yarısı BBC-nin fəaliyyətdə olan işçiləridirlər. Və ya bu telekanalın proqramlarında iştirak edirlər. Bu telekanalın işçilərinə qarşı irəli sürülən şikayətlər əsasında hazırda 40 məhkəmə işi açılıb və polis BBC telekanalının rəhbərliyi ilə birlikdə bu məsələ ilə əlaqədar araşdırmalar aparır.
Buradan da aydın olur ki, Savelin işi ilə bağlı araşdırmaların ardınca BBC telekanalının işçilərinə qarşı şikayətlər artmağa başlayıb. Bu müddət ərzində daxil olan şikayətlərin 30-u cinsi istismar və zorakılıq hallarına aiddir. Cinsi zorakılıqda ittiham edilənlərin 23-ü BBC-nin fəaliyyətdə olan işçilərindəndirlər.
Deyli Teleqraf həmçinin, BBC telekanalının əməkdaşlarına qarşı cinsi ayrı-seçkiliklə bağlı 39, irqçiliklə bağlı isə 22 cinayət işinin açıldığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu