AzərbaycanXƏBƏRLƏR

Səfər Əbiyev Ermənistanlı həmkarı ilə görüşüb

NATO-nun Brüssel görüşü çərcivəsində Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev Ermənistan müdafiə naziri Seyran Ohanyan-la görüşüb.Bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Hovanisianın sözlərinə görə, fevralın 22-də keçirilən görüş zamanı qoşunların təmas xəttində vəziyyət və atəşkəs rejiminin qorunması məsələləri müzakirə olunub.

Azərbaycanla Ermənistanın siyasi rəhbərləri arasında vaxtaşırı görüşlər olsa da müdafiə nazirlərinin görüşü nadir hadisələrdəndir.
Son illərdə Azərbaycanla Ermənistanın siyasi rəhbərlərindən əlavə qeyri rəsmi təmaslar o cümlədən müğınnilərin və bir sıra jurnalist və eləcə də ziyalı adlandırılmış heyətlərin təmasları xalq diplomatiyası adı altında DQ məsələsinin adilışdirməsinə xidmət edib. Bu adiləşdirmə prossesi iki ölkənin prezidentlərinin şahmat oynaması və xizək sürməsi ilə ciddiləşmişdir.

Tərəflər 1994-cü ildən bəri atışkəs elan ediblər. Keçən illərdə Azərbaycan Respublikası rəsmiləri tez-tez “lazım gələrsə torpağlarımızı hər bir vasitə ilə azad edərik” süzünü vurğulayardılar. Ancaq bu süzun təkrar olunması gözəçarpacaq dərəcədə azaldılıb!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu