AsyaAvropaDünyaXƏBƏRLƏR

Avropalıların baxışlarının dəyişməsi sionistləri nigaran etməyə başlayıb

Hollandiya, İngiltərə və Fransada sionist rejim istehsalı olan məhsulların idxalının boykot edilməsi üzrə tələblərin artması işğalçıları nigaran etməyə başlayıb.

Sionist rejimin 10-cu telekanalının reportyoru deyib: Hollandiya, Fransa və İngiltərədə Fələstin xalqının tərəfdarı olan qruplar Məhadrin şirkətinin kənd təsərrüfatı məhsullarının idxalının qadağan edilməsini istəyiblər.
Sionist rejim televiziyası müxtəlif Avropa ölkələrində bu rejim ilə ticarət əlaqələrinin dondurulması istiqamətində keçirilən mitinqlər və aksiyalardan da təsvirlər yayımlayıb.
Aksiya iştirakçıları “İsrail Boykot” və “Fələstin sizin deyil” şüarları verərək, bu rejim ilə ticarət əlaqələrinin kəsilməsini istəyiblər.
Bu etiraz aksiyalarında iştirak edənlər iri ticarət mərkəzlərinə müraciət edənləri sionist rejim ilə düşmənçiliyə və bu rejimin məhsullarını boykot etməyə dəvət edirlər.
Sionist reportyor əlavə edib: Fransa dövlətinin İsrail ilə ticarət əlaqələrinin kəsilməsi ilə müxalif olmasına rəğmən, aksiya iştirakçıları İsrail istehsalı olan bir çox məhsulun satış mərkəzlərindən yığışdırılmasına nail olublar.
Bu addım işğal olunmuş Fələstində və qanunsuz olaraq salınan sionist qəsəbələrdə istehsal olunan məhsulların kütləvi şəkildə boykot edilməsi üçün bir başlanğıc ola bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu