Suriya ordusunun Əl-Qusəyr məntəqəsini terrorçulardan təmizləmə əməliyyatının davamında əl-Faruq Batalyonu adlı terror dəstəsinin lideri Bilal İdris yüzlərlə silahdaşı ilə birlikdə məhv edilib.
2-ci Bin Ladən kimi məşhurlaşmış Bilal İdris Əl-Qusyər uğrunda gedən döyüşlərdə tabeliyində olan 100-dən artıq terrorçu ilə birlikdə qətlə yetirilib.
Əl-Faruq Batalyonu adlı terror dəstəsi Suriyada Əsəd hökumətinə qarşı savaşan ən böyük və mühüm terror birləşmələrindən sayılır.
Suriya ordusu Əl-Qusəyrin terrorçulardan təmizlənməsi əməliyyatının 2-ci mərhələsində əl-Həmidiyyə şəhərinə və əl-Zəbə hava limanına daxil olub.