Qoşulmama Hərəkatına üzv ölkələrin aylıq iclası İranın QH-dakı nümayəndəsi Qulam Hüseyn Dehqaninin başçılığı ilə BMT-də keçirilib.
İclasda Dehqani 2 ay müddətində başçılıq etdiyi QH koordinasiya ofisinin fəaliyyətləri barədə hesabat təqdim edib.
Həmin məlumata əsasən, Əl-Cəzair səfiri BMT Baş Assambleyasının yerinin yüksəlidilməsi haqda və İndoneziya səfiri də tərki-silah üzrə apardığı fəaliyyətlərlə bağlı iclasa hesabat təqdim ediblər.
Iclasda həmçinin Fələstin Özünü İdarə Təşkilatının BMT-dəki nümayəndəsi Riyaz Mənsur Fələstin məsələsi ilə bağlı baş verən son dəyişikliklər barədə, o cümlədən Sionist Rejimin Məscidül Əqsa və şərqi Beytül Müqəddəsdə yerləşən digər dini məkanlara qarşı hücumları haqda izahat verib.
İclasın sonunda İran səfiri QH-a üzv ölkələrin xarici işlər nazirlərinin May-ın sonlarında Əl-Cəzair iclasının hazırlıq işlərinin gedişatı barədə lazımı açıqlamalar verib.
