AsyaDünyaİraqXƏBƏRLƏR

Maleki: Azadlıq düşmənləri regionda fitnə amilidirlər

İraqın baş naziri Fars Körfəzi ətrafında yerləşən və heç bir azadlıq və demokratiyaya malik olmayan bəzi ərəb ölkələrinin Suriya böhranında məsuliyyət daşıdıqlarını və regionda fitnə törətməklə məşğul olduqlarını bildirib.

Nuri Maliki Kərbəlada mətbuat konfransında deyib: Terrorizm və firqəçiliyin tabusunu sındırdığımız və İraqda milli birliyi bərpa etdiyimiz zaman Suriyada fitnə odu alovlandı və firqəçiliyə rəvac verildi.
O, sonra deyib: Düşmənlər Suriyanın 2 ay ərzində süqut edəcəyini proqnoz etmişdilər. Və hətta Suriyadakı əməliyyatların bir əyləncə olduğunu deyirdilər. Təkəbbür və qürur onları kor etmişdi və təsəvvür edirdilər ki, Suriyanın dərhal süqut etməsi ilə İraq, İran və İordaniyanın növbəsi çatmış olacaq.
İraqın baş naziri dolayısı ilə Ərəbistana işarə edərək, deyib: Bu fitnələrin arxasında duran ölkənin özündə xalq zülmə məruz qalıb və demokratiyadan əsər belə yoxdur. Lakin, bu ölkənin başçıları Suriya, İraq və Livanda azadlıq və demokratiyadan dəm vururlar.
Nuri Maliki ad çəkmədən deyib: Bu ölkələrə sözüm budur ki, hər şeydən öncə öz xalqlarınıza azadlıq verin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu