Analitiklərin dediklərinə görə, NATO o qədər də geopolitik önəmə malik olmayan bir hərəkətdə Daşkənd şəhərində nümayəndəlik açır.
Bi rus medialar bu xəbəri verərək, bunu belə qiymətləndiriblər ki, Özbəkistan Rusiyadan uzaqlaşmaqdadır; belə ki, bu ölkə KTMT-dən çıxaraq, Əfqanıstana hərbi köçürmələrdə ABŞ ilə həmkarlıq yolu ilə Qərbə doğru getmək və Vaşinqtondan daha artıq hərbi yardımlar almaq ardıncadır.
Bu nümayəndəlik qərar üzrə NATO-nun Mərkəzi Asiyadakı bütün fəaliyyətlərini ahəngdarlaşdırmaqla məşğul olacaq.
Bundan qabaq NATO-nun nümayəndəliyi Qazaxıstanın Astana şəhərində yerləşirdi.
Bu məkanda qərar üzrə NATO-nun koordinator zabiti Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan məsələləri ilə məşğul olmalıdır.
Analitiklərin nöqteyi-nəzərincə, NATO-nun Koordinasiya Nümayəndəliyinin Daşkənddə açılması məsələsi Özbəkistan başçılarının ABŞ və NATO ilə təhlükəsizlik əməkdaşlıqlarının artırılması üzrə birbaşa addımı kimi qələmə verilməməlidir.