DünyaİranXƏBƏRLƏR

Həsən Ruhani rəsmən İranın prezidenti oldu

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İran xalqının Həsən Ruhaninin ölkə prezidenti kimi seçilməsi üzrə rəyini təsdiq edib və beləliklə Həsən Ruhaninin prezidentlik dövrü rəsmən başlanmış oldu.

İranın 7-ci prezidenti kimi Həsən Ruhaninin prezidentlik hökmünün təsdiqlənməsi mərasimi bu gün şənbə günortadan sonra İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirildi və İran İslam İnqilabının Böyük Rəhbəri İran xalqının rəyini təsdiq edərək, Həsən Ruhanini İran İslam Respublikasının prezidenti vəzifəsinə təyin etdilər.
İranın yeni prezidentinin prezidentlik hökmünün təsdiqlənməsi mərasimində İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, Parlament sədri Əli Laricani, İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani iştirak ediblər.
Bəzi İslam ölkələrinin Tehrandakı səfirləri və rəsmi nümayəndələri də İranın 7-ci prezidentinin prezidentlik hökmünün təsdiqlənməsi mərasimində iştirak ediblər.
Yeni prezidentin prezidentlik hökmünün təsdiqlmənməsi mərasimi İran Konstitusiyasının 110-cu maddəsi əsasında baş tutub.
İran Konstitusiyasının 110-cu maddəsinin 1-ci bəndinə əsasən İranda yeni prezidentin 4 illik prezidentlik dövrü, prezidentlik dövrünün İnqilab Rəhbəri tərəfindən təsdiq edilməsi ilə rəsmən başlanmış olur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu