Katrin Eştonun Tehrana səfəri İran ilə müzakirələr üçün dəyərli fürsət

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İrana olan səfərinin başlıca məqsədini İran rəsmiləri ilə müzakirə fürsəti əldə etmək adlandırıb.

Avropa Birliyinin Xarici Siyasət İsarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Katrin Eşton bazar günü axşam bir bəyanat yayaraq, İrana olan səfərinin başlıca məqsədini İran rəsmiləri ilə müzakirə fürsəti əldə etmək adlandırıb.
Katrin Eşton bu bəyanatda həmçinin bildirib ki, İran rəsmiləri ilə nüvə müzakirələri ilə yanaşı regional məsələlər barədə də danışıqlar aparıb.
Martın səkkizində Tehrana daxil olan Eşton bazar günü, martın doqquzunda İran prezidenti Həsən Ruhani, Parlament sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının kabiti Əli Şəmxani, Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəisi Əli Əkbər Vilayəti və İnqilab Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ilə görüşüb, danışıqlar aparıb.

↑
Mobil sürümden çık