Kerri geri çəkildi; neft ucuzlaşdı

ABŞ-ın dövlət katibi- Con Kerrinin üstüörtülü surətdə Suriyaya hücumdan geri çəkilməsi dünya bazarlarında neftin qiymətini aşağı saldı.

Con Kerrinin “Dəməşq tərəfindən kimyəvi silahların təhvil veriləcəyi təqdirdə, Suriyaya hücum edilməyəcək” ifadəsinin ardınca dünya bazarları neftin qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinin şahidi olub.

Brent nefti 1,12 dollar aşağı düşərək, barreldə 115 dollarədək aşağı enib, Amerikanın yüngül nefti də 110 dollara satılıbdır.

Exit mobile version