Suriya prezidenti bildirib ki, tam kimyəvi tərksilah ABŞ-ın terrorçuları dəstəkləməsinin dayandırılmasından asılıdır.
Bəşşar Əsəd Rossiya-24 kanalı ilə müsahibədə Rusiyanın Suriyanın kimyəvi silahlarına beynəlxalq nəzarətin qəbuluna dair təşəbbüs planına işarə edərək, vurğulayıb: Dəməşqin Rusiyanın bu təşəbbüs planı ilə razılaşması Suriyaya qarşı təhdidlər və ABŞ-ın terrorçuları dəstəkləməsinin dayandırılmasından asılı olacaq.
Bəşşar Əsəd bu planın qəbul edilməsi ilə Amerikanın Suriyaya qarşı təhdidləri arasında əlaqənin olmasını rədd edərək, əlavə edib: Suriyada hər cür hərbi müdaxilənin regionu dağıdıcı bir müharibə ilə məşğul edəcəyini nəzərə alaraq, Suriya regionun təhlükəsizliyi üçün səy göstərir.
Suriya prezidenti ABŞ-ın bu ölkəyə qarşı düşmənçilik siyasətlərinin başa çatmasını Rusiyanın təşəbbüs planının icrası istiqamətində atılacaq birinci addım adlandırıb və deyib: Amerikanın terrorçu qruplara silah göndərməsi və təhdidlərinin dayandırılması ilə bir zamanda bu planın yekun mərhələlərini icraya qoymaq olar.