Ketrin Eşton Tehrana gəlib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi- Ketrin Eşton İran İslam Respublikasının rəsmiləri ilə görüşüb, onlarla ikitərəfli və beynəlxalq əlaqələr və nüvə məsələsi haqda danışıqlar aparmaq üçün Tehrana daxil olub. Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərifin dəvəti ilə İrana səfər edib. Eşton qərar üzrə İranda olacağı müddətdə İranın prezidenti- Həsən Ruhani ilə görüşdən əlavə, ölkəmizin xarici işlər naziri- Məhəmməd Cavad Zərif və digər rəsmi şəxsləri ilə də görüşlər keçirəcəkdir.

Exit mobile version