Kiprin türk sakinli hissəsinin rəhbəri Dərviş Əroğlu Avropa Birliyinin rəsmiləri ilə görüşdə bu hissəyə tətbiq olunmuş sanksiyaların ləğv olunmasını istəyib.
Əroğlu Avropa komissiyasının rəhbəri Manuel Baroso və Avropa Qonşuluq Siyasətinin komissarı Stefan Fule ilə görüşdə qərb və Avropa Birliyi tərəfindən Kiprin türk hissəsinə qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsini istəyib.
Əroğlu bu görüşlərdə Kiprin türk sakinli və yunan sakinli hissələri arasında sülh prosesi problemlərinə son qoymaq üçün həll yolunun tapılması və türk sakinli hissənin maliyyə cəhətindən dəstəklənməsi barəsində danışıqlar aparıb.
Əroğlu tətbiq olunmuş iqtisadi sanksiyalara toxunaraq deyib: Bu sanksiyalar iki hissənin sülh prosesində həll yolunun tapılmasına mane olub.
Əroğlu yunan sakinli hissəni sülh danışıqlarından boyun qaçırmaqda ittiham edib.
1974-cü ildə Türkiyənin hərbi müdaxiləsindən sonra Kipr adası şimal (türk sakinli) və cənub (yunan sakinli) hissələrə ayrıldı.
Türk sakinli hissə 1980-ci ildə istiqlaliyyətini elan edərək özünü Şimali Kipr Türk Respublikası adlandırdı. Amma təkcə Türkiyə tərəfindən rəsmən tanındı və beynəlxalq sanksiyalar bu hissəyə tətbiq olundu.