Kiyev meriyası bir bəyanatda qeyd edib : Bu şəhərdə əmin-amansızlıq və sabitliyini ayaq-alıb getdiyi gündən 1200 aksiyaçı yaralanıb.
Ria Novosti Kiyev meriyasının mətbuat xidməti tərəfindən yayılan bu bəyanata istinadən yazıb : 2013-cü ilin noyabr ayının 30-dan 2014-cü ilin yanvar ayının axırına qədər ölkə həkimləri 1231 yaralı aksiyaçının üzərində müalicə aparıblar. Yaralılardan 681 nəfərinin səhhətinin ağır olduğu üçün xəstəxanada yerləşdirilib və həkimlərin nəzarəti altında qərar tutmuşlar və yaralı aksiyaçıların 63 nəfəri də şəhərin müalicə mərkəzləri və tibbi klinikalarında müalicə olunmaqdadırlar.
Belə bir vəziyyətdə Ukraynanın Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda elan etmişdir : Ölkədə yaşayan əmin-amansızlıqlardan özü bəri Ukraynanın hər bir yerində təhlükəsizlik qüvvələrindən 600 nəfəri yaralanıb.
Noyabr ayının axırlarından etibarən Ukraynada müxaliflərin aksiyaları səngimək bilmir. Qeyd edək ki , Ukrayna hakimiyyətinin Avropa Birliyi ilə ticarət müqaviləsini imzalamaması ardınca müxalifət aksiyalar keçirməyə başlayıb.