Knesset sionist hərbçilərin intihar miqdarını kəskin tərzdə tənqid edib

Sionist rejim parlamentinin informasiya və araşdırma mərkəzi bu rejim hərbçilərinin intihar miqdarını yayaraq, bu rejimin müharibə nazirliyinin fəaliyyətini şiddətli surətdə tənqid edibdir.

Sionist rejim parlamentinin informasiya və araşdırma mərkəzinin statistikalarına əsasən, ötən altı ildə bu rejim hərbçilərindən 124 nəfər intihar edib. Bu şəxslərin 20%-i altı aydan aşağı hərbi xidmətə malik olub və onların 37%-i işğal olunmuş ərazilərdə dünyaya gəlməyib və mühacir olub.
Sionist rejim parlamenti hərbçilərin intiharı haqda statistikalar yaymasına görə, bu rejimin müharibə nazirliyini tənqid edibdir.
Belə bir halda, bir çox mütəxəssis bu fikirdədir ki, sionist hərbçilərin yarısının ölümünün dəlili, intihardır. Yayılmış bəzi statistikalar həftədə azı iki sionist hərbçinin intihar etməsindən xəbər verir. İşğal olunmuş ərazilərdə aparılmış sosial araşdırmaların nəticələrinə əsasən, bu ərazilərdə intihar hallarının artması təkcə hərbçilərə aid olmur və ən yeni statistikalara əsasən, hər gün iki sionist işğal olunmuş Fələstin ərazilərində intihar edir.

↑
Mobil sürümden çık