İran İslam Şurası Məclisinin sədri deyib: Qərb İranın nüvə proqramı məsələsində beynəlxalq qanunlara əsasən etimad yaratmalıdır.
İRNA-nın məlumatına görə, Əli Laricani ötən gecə 6 günlük Avropa səfərindən döndükdə Tehranın Mehrabad hava limanında nüvə məsələsini Avropa medialarının əsas suallarından adlandırıb və deyib: 5+1 qrupu ilə müzakirənin mətni bu günün reallığına əsasən formalaşmalıdır və geriyə qayıtmaq olmaz.
“İran İslam Respublikası öz nüvə məsələsinə qərbin bazarlıq prizmasından yanaşmasını qəbul etmir” deyən Laricaninin sözlərinə görə, 5+1 qrupu ilə müzakirədə aydın çərçivəni əldə etmək üçün beynəlxalq qanunlardan istifadə etməliyik. Çünki bu məsələyə etina etməmək digərlərinin bu qanunlara etimadsızlığına səbəb olacaq.
İran İslam Şurası Məclisi sədrinin 3 Avropa ölkəsinə 6 günlük səfəri ötən bazar günü Serbiyaya daxil olması ilə başladı.
Sonra isə Əli Laricani Beynəlxalq Parlamentlərarası Birliyin 129-cu iclasında iştirak etmək üçün Cenevrəyə getdi.