İranın Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələləri üzrə müavini deyib: İİR-na qarşı yeni sanksiyaların tətbiq edildiyi təqdirdə Cenevrə razılaşması prosesi dayandırılacaq.
Seyid Abbas İraqçi çərşənbə günü(11 dekabr) İran və Rusiya xarici işlər nazirlərinin keçirdiyi mətbuat konfransının kənarında xatırladıb: İrana qarşı hər hansı bir embarqo və ya sanksiyanın tətbiq edilməsi ilə Cenevrə razılaşması prosesinin dayandırılmasına gətirib çıxaracaq.
Bundan qabaq İranın xarici işlər naziri Məhəmmədcavad Zərif də bəyan etmişdir: Tehrana qarşı yeni sanksiyaların tətbiqi Cenevrə razılaşmasının strukturunu uçuracaq.