İranXƏBƏRLƏR

Amerika militaristləri Ruhaninin seçilməsindən narahatdırlar

Bir amerikan qəzet öz reportajında etiraf edib ki, amerikalı militarist mühafizəkarlar Amerikada Həsən Ruhaninin seçilməsindən narazı qalan yeganə qrupdur.

Amerikada çıxan Los Angeles Times qəzetinin məlumatına görə, Həsən Ruhaninin İran prezidenti seçilməsi bu ölkədəki mühafizəkarlardan başqa, amerikanlar üçün yaxşı bir xəbər idi. Mühafizəkar ifratçılar İraq müharibəsini Amerika üçün müjdə gətirən, indi də İranda hərbi avantüra ardınca olan kəslərdirlər.

Bu məlumata görə, iranlılar Ruhanini bir mötədil hesab edir və onu “ümid şeyxi” adlandırırlar. O, özünün ilk mətbuat konfransında deyibdir ki, İran ilə Qərb arasında etimad yaratmaq üçün sanksiyaların aradan qaldırılması hədəfi ilə səy göstərəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu