Dünya

Kolumbiyanın yeni hökuməti BRİKS-ə qoşulma və NDB prosesini dayandırdı

Kolumbiyanın yeni hökuməti BRİKS-ə qoşulma və NDB prosesini dayandırdı

Kolumbiya Xarici İşlər Nazirliyi ölkənin yeni hökumətinin BRİKS qrupuna üzvlük və Yeni İnkişaf Bankına (NDB) qoşulma prosesini davam etdirmək niyyətində olmadığını açıqlayıb.

Bu qərar 2025-ci ildə Kolumbiyanın həmin banka üzvlüyü üçün müraciət etmiş sabiq prezident Qustavo Petro hökumətinin siyasətini faktiki olaraq dayandırır.

Kolumbiya Xarici İşlər Nazirliyi rəsmi bəyanatında prosesin dayandırılmasının konkret səbəbini açıqlamayıb. Qərar Abelardo de la Espriella başçılıq etdiyi yeni hökumətin, xüsusilə təhlükəsizlik və iqtisadiyyat sahələrində Vaşinqtonla münasibətləri yenidən qurmağa və gücləndirməyə çalışdığı bir vaxtda qəbul edilib.