İran İslam Respublikası Seçki Qərargahı bir bildirişdə bildirib ki, Konstitusiyaya Nəzarət Şurası 11-ci prezident seçkilərini və Həsən Ruhaninin əksəriyyət səslə qalib gəlməsini təsdiqləyib.
Qərargahın bildirişində qeyd olunub: Prezident seçkiləri qanunun 79-cu maddəsinin icrası istiqamətində İranın əziz xalqının diqqətinə çatdırılır ki, Konstitusiyaya Nəzarət Şurası 11-ci prezident seçkilərinin düzgünlüyünü təsdiqləyib.
Bildirişdə əlavə olunub: Beləliklə höccətülislam vəlmüslimin cənab Həsən Ruhani 11-ci prezident olaraq seçilmişdir.
Mahmud Əhmədinejadın prezidentliyi 3 avqustda sona çatır və Həsən Ruhani təyin olunma mərasimindən sonra İranın 7-ci prezidenti olaraq rəsmən öz işinə başlayacaq.