İmamət və vilayət səmasının 8-ci parlaq günəşi Həzrət İmam Rza(ə)ın şəhadətinin ildönümü axşamının əzadarlıq mərasimləri milyonlarla əzadarın iştirakı ilə pak Rəzəvi məqbərəsində keçirildi və hazırda da bu əzadarlıq mərasimləri davam edir.
Səfər ayının son ongünlüyünün əvvəlindən başlanan bu əzadarlıqlar, ötən gecə o qədər böyük əzəmətə malik idi ki, insan bütün İslami İran əhalisinin Məşhəddürriza(ə)da toplaşdığını təsəvvür edirdi.
Bütün İslami İrandan və Xorasani-Rəzəvi ostanı və Müqəddəs Məşhəd şəhərindən olan beş mindən çox məzhəbi dəstə və heyət habelə fərdi formada pak məqbərədə olan İmam Rza(ə)ın pak məqbərəsinin ətrafında yaşayan əhalinin əzəmətli toplusu ötən gecə Dünya Şiələrinin 8-ci İmamı Həzrət İmam Rza(ə)ın pak məqbərəsində növhəxanlıq və mərsiyəxanlıq edib, sinə və zəncir vurublar.
Bu mərasimlərdə Pakistan, Hindistan, İraq, Əfqanıstan, Azərbaycan Respublikası və bəzi digər ölkələrdən olan xarici zəvvarlar da iştirak edirdilər və xüsusi əhval-ruhiyyə və hüznlə İmam Rza(ə)ın məzlumcasına olan şəhadəti qəmində matəm göz yaşları axıdıblar.
Bu əzadarlıq mərasimləri hal-hazırda da bütün İslami İranda tam əzəmətlə keçirilməkdədir.
Bu gün cümə axşamı günü 1435-ci hicri qəməri ili səfər ayının 30-u, 2014-cü milad ili yanvarın 2-si Dünya Şiələrinin 8-ci İmamı Həzrət İmam Rza(ə)ın şəhadətinin ildönümü günüdür.