AsyaXƏBƏRLƏR

Rusiya: Suriya məsələsində BMT TŞ-ə təzyiq qəbulolunmazdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü- Aleksandr Lukaşoviç bildirib ki, Rusiya Suriya məsələsində gücdən istifadə barədə icazənin verilməsi üçün BMT TŞ-ə təzyiqin göstərilməsini qəbuledilməz hesab edir.

Lukaşoviç öz bəyanatında bildirib: Moskva Dəməşqin ətrafına qarşı kimyəvi hücum barədəki vəziyyəti diqqətlə izləyir və bu cinayətin fitnəkar mahyyətinə dəlalət edən daha çox fakt əldə olunur. O, əlavə edib: Hadisənin baş verməsindən bir neçə saat qabaq internetdə xəbələr yayılmışdı və Suriyanın dövlət qüvvələri bu hücumun baş verməsində məsuliyyət daşıyan tərəf kimi təqdim olunmuşdu və beləliklə, bu hadisə öncədən planlaşdırılmış bir addım hesab olunur.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Öz növbəmizdə Suriyanın başçıları ilə əlaqədəyik və onları U Solstremin başçılıq etdiyi BMT-nin ekspert qrupu ilə həmkarlığa təşviq edirik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu