AsyaXƏBƏRLƏR

Rusiya hökuməti ilə müxalif olanlar siyasi məhbusların sərbəst buraxılmasını istəyiblər

Rusiya hökuməti ilə müxalif olan minlərlə nəfər Moskva küçələri və prospektlərində aksiya keçirərək, bu ölkədəki siyasi məhbusların sərbəst buraxılmasını istəyiblər.
İRNA-nın verdiyi məlumata görə bu gün bazar günü yerli vaxtla saat 15-də Moskvanın Puşkin meydanında başlanan bu aksiya iki saata qədər davam edib.
Aksiya iştirakçıları bir neçə küçədə yürüş edərək, Prospekt Saxarov meydanında bir yerə toplaşıb, siyasi məhbusları himayədə şüarlar səsləndirdilər.
Aksiya iştirakçıları bir qrup məhbusun, o cümlədən təqribən 10 il öncədən həbsdə olan YUKAS neft şirkətinin keçmiş prezidenti Mixayil Xodorkofski və 2012-ci milad ili 6 mayda Moskvadakı gərginlikləri zamanı həbs edilən məhbusların şəkillərini əllərində daşıyıblar.
Bəzi aksiya iştirakçıları isə siyasi məhbusları himayədə, o cümlədən “ siyasi məhbus azad edilməlidir” və “ Rusiya həbsxanalarında kimsə siyasi suça görə həbs edilməməlidir” məzmunlu plakatlar daşıyıblar.
Aksiya iştirakçılarının bir qrupunun sol təmayüllü Solçu Cəbhəyə bağlı olduqları üçün onlar bu cəbhənin simvollarını daşıyıblar. Bir qrup isə Həmrəylik Hərəkatından olublar.
Aksiya iştirakçıları həmçinin “ siyasi məhbusları sərbəst buraxın”, “ Rusiyanın siyasi məhbusa ehtiyacı yoxdur” və “xalqın siyasi haqlarına hörmət edin” şüarlarını səsləndiriblər.
Təhlükəsizlik qurumlarının icazəsi ilə keçirilmiş bu aksiyada 4 min 500 nəfər iştirak edib və Rusiyanın 3 min polis qüvvəsi və Daxili İşlər Nazirliyinin əməkdaşı, aksiya iştirakçılarının keçdiyi yollarda yerləşib, nizam-intizamı bərqərar etmək missiyasına malik idilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu