İran İslam Respublikası prezidenti deyib: Əcnəbilərin regiona daxil olduqları zamandan gərginlik başlanıb və gərginliklərin başlıca amili əcnəbilərin regiondakı iştirakıdır.
Mahmud Əhmədinejad bu gün İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in məqbərəsinin kənarında ordunun hərbi parad yürüşü zamanı çıxış edərək, ordu günü münasibətilə hərbçiləri təbrik edib və deyib: İran xalqı daim regionun təhlükəsizliyinin müdafiəçisi olub.
M.Əhmədinejad daha sonra deyib: Müstəqil olan hər bir ölkə regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində də rola malik ola bilər. Çünki, təhqir olunmağı sevməyən xalq başqalarının da təhqir olunmasını istəməz. İran xalqı və ordusunun müraciəti milli iqtidara söykənmək və beynəlxalq sülh və təhlükəsizliyə gedən yolda qarşılıqlı hörmət və dostluq atmosferində addımlamaqdır.
İran İslam Respublikası prezidenti İran ordusunu dünyanın müstəqil ölkələri üçün münasib ülgü sayılır.
M.Əhmədinejad Allaha imanı iqtidarın başlanğıcı adlandırıb və deyib: Xalqa arxalanmaq iqtidarın ikinci dayağı sayılır. Özünəinam və içiboş qüdrətlər qarşısında müqavimət göstərmək, onlardan qorxmamaq da bir növ qüdrət mənbəyi sayılır.