AsyaDünyaXƏBƏRLƏR

Sionistlər terrorçulara dəstək olduqlarını etiraf ediblər

Sionist İsrail rejiminin ordu komandanlarından biri bu rejimin Suriya hökuməti əleyhinə müharibə aparan terrorçuları dəstəklədiyini bildirib.

Əl-Aləm Telekanalının verdiyi məlumata əsasən, Sionist İsrail ordusunun dəniz qüvvələrinin komandanlarından olan Tumar Kuhen ötən şənbə günü (10 may) bildirib ki, Sionist İsrail hərbçiləri Cövlan sərhədlərində Suriya tanklarını hədəfə almaq üçün, terrorçuları dəstəkləyir.

Tumar Kuhen deyib: Suriyadakı terrorçuların İsrail ordusu tərəfindən dəstəklənmələrinin nəticəsində, bu qruplar sərhədyanı Təl-Ələhmər və Nəhlil-Cabiyyə məntəqələrini öz nəzarətlərinə keçiriblər.

Cövlan ərazilərinin 80 faızının Suriyadakı terrorçuların nəzərətində olduğu iddiasına baxmayaraq, Cövlandakı strateji əhəmiyyətli keçid yolları, o cümlədən Qəntəriyyə yolu və Əhmədiyyə kəndi Suriya ordusnun nəzarətindədir.

Sionist İsrail rejimi Suriyada daxili müharibənin törədilməsindən bəri müxtəlif yollarla, o cümlədən yaralanmış terrorçuları işğal edilmiş ərazilərdəki xəstəxanalarda müalicə etmək və terrorçulara silah və maliyyə yardımlar çatdırmaqla dəstık olmuşdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu